Qondarma rejimin “dövlət naziri” “vəzifə”si separatçıların sabiq “rəhbər”i Araik Arutyunyanın komanda yoldaşına veriləcək.
Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, söhbət qondarma rejimin “hakim” “Azad Vətən” - “KMD Daşnik” “parlament fraksiyası”nın hazırkı “rəhbər”i Artur Arutyunyandan gedir:
“O, iqtisadi layihələrin həyata keçirilməsi ilə məşğul olacaq. Yəni ona ancaq maliyyə-iqtisadi məsələlərlə bağlı işlər həvalə olunacaq. “Ölkə”nin siyasi idarə edilməsi və “silahlı qüvvələr”in işinin koordinasiyası “Artsax prezidenti” tərəfindən həyata keçiriləcək”.
Qəzet xatırladıb ki, separatçı rejim “parlament”i şənbə günü “ölkə prezidenti”ni seçəcək:
“Sentyabrın 5-də Samvel Şahramanyanın namizədliyini irəli sürən üç “müxalifət fraksiyası”nın və “Azad Vətən” “fraksiyası”nın üzvlərinin onunla görüşü olub. “Prezident” seçildikdən sonra yeni “hökumət” formalaşacaq ki, bu da bütün məəslələrdə konsensus olacağına dəlalət edir. Burada demək olar ki, bütün “siyasi qüvvələr” təmsil olunacaqlar”.