Qarabağda özünü buraxmış separatçı-terrorçu dəstənin keçmiş başçıları Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanla əlaqə itib.
Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərindəki məlumatlarda qeyd edilib.
Bildirilir ki, həmin şəxslərin hazırda harada olduğu bəlli deyil. Onların hələ də Qarabağda olub-olmaması və ya Ermənistana getməsi ilə bağlı rəsmi mənbələr susur.
Nə Azərbaycan, nə də Ermənistan rəsmiləri hələ ki separatçıların keçmiş rəhbərləri barədə məsələyə raeaksiya verib.