Selena illər sonra ona böyrəyini verən rəfiqəsi ilə görüşdü

Müğənni Selena Qomez və ona böyrəyini bağışlayan rəfiqəsi Fransia Raisa uzun müddət sonra birlikdə görüntüləniblər.

Sozcu.az xəbər vefir ki, rəfiqələrin bir müddətdir görüşməməsi onların küsülü olması haqda defi-qoduların yayılmasına səbəb olub. Bildirilib ki,  Selena böyrəyini ona bağışlayan Fransiyanın nəcib jestini qiymətləndirməyib. Üstəlik, o qədər də məşhur olmayan bir qızı məşhur dostlarına dəyişib.

Söz-söhbətə son qoymaq istəyən Selena rəfiqəsi ilə Los-Ancelesdəki bir restoranda şam yeməyinö yollanıb. Onlar bənzər ayaqqabı ilə diqqət çəkiblər.

Paparatsilər tərəfindən görüntülənən qızlar heç bir sualı cavablandırmadan hadisə yerindən uzaqlaşıblar./Axsam.az

Share on Facebook