ABŞ 8 avqustda Vaşinqtonda imzalanmış razılaşmaların icrasına başlayıb.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn “Dəyişən dünyada Ermənistan və Cənubi Qafqaz: Demokratiyanın möhkəmləndirilməsi və regional təhlükəsizlik” mövzusunda keçirilən diskussiyada bildirib.
Diplomatın sözlərinə görə, Bakı və İrəvan Vaşinqtonda paraflanmış sülh sazişini imzalamalı və ratifikasiya etməlidir:
“Sülh nə qədər tez imzalansa, onun üstünlükləri bir o qədər tez həyata keçiriləcək”.
Səfir həmçinin qeyd edib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin daha da yaxşılaşması təkcə iki ölkəyə deyil, bütün regiona əhəmiyyətli fayda gətirəcək.