Sarkozi Putinin cinayət ortağıdır - Ukrayna

Fransanın sabiq prezidenti Nikola Sarkozi Rusiyanın Ukraynaya qarşı çoxillik cinayətlərinin birbaşa ortağıdır.

Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşabiri Mixail Podolyak Sarkozinin bəyanatına cavab olaraq deyib.

O bildirib ki, Sarkozinin həvəsləndirməsi – cinayətə ortaq olmaq deməkdir:

“Müharibəni dayandırmağın yeganə yolu – bu ərazilərə beynəlxalq hüququ qaytarmaqdır. Bu isə o deməkdir ki, Rusiya uduzmalıdır. Daha az təxribat, daha az ziddiyyətli bəyanat, cinayət törətmək üçün daha az stimul...” - Podolyak əlavə edib.

O qeyd edib ki, 2023-cü ildə “Sarkozinin təcrübəsini” təkrarlamaq mümkün deyil:

“Soyqırım və müharibə təşkil etməklə Ukrayna ərazilərinin Rusiya tərəfindən ələ keçirilməsi üzrə cinayətkar sui-qəsddə Sarkozi şüurlu şəkildə iştirak edib”.

Qeyd edək ki, Sarkozi müharibəni bitirmək üçün Rusiyaya güzəşt edilməli olduğunu bildirib.

Share on Facebook