Saakaşvilini müayinə edən həkimlə bağlı ŞOK İDDİA

Polşalı həkim Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin testlərini oğurlmağa çalışıb.

Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Penitensiar Xidməti məlumat yayıb.

İddia olunur ki, polşalı həkimlərin Saakaşvilini ziyarəti zamanı xoşagəlməz insident baş verib. Belə ki, polşalı həkim Saakaşvilidən götürdüyü nümunəni kağıza büküb və ayaqqabısında gizlətməyə cəhd edib. Onun niyə belə bir addım atmasının səbəbi bəlli deyil.

Xatırladaq ki, bir neçə gün əvvəl polşalı həkim heyəti Tbilisidəki "Vivamed" klinikasına gələrək Saakaşvilinin vəziyyəti ilə tanış olub, öz tövsiyələrini klinika rəhbərliyinə çatdırıblar.

2021-ci ildə ölkəsinə qayıdarkən həbs olunan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib və səhhətində ağır problemlər yaranıb. O, daha sonra müalicə müəssisəsinə köçürülüb.

Share on Facebook