Ruttedən Ukraynaya: Rusiya ilə sülh danışıqları aparmayın!

NATO-nun Baş katibi Mark Rutte Ukraynaya Rusiya Federasiyası ilə istənilən sülh danışıqlarını təxirə salmağı təklif edib.

Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Alyansın yeni rəhbəri hesab edir ki, Qərb müttəfiqləri Kiyevin döyüş meydanında uğur qazanmasına və danışıqlarda mövqeyini gücləndirməsinə kömək etmək üçün kifayət qədər hərbi yardım göstərənə qədər Rusiya ilə istənilən danışıqları mümkün qədər təxirə salmalıdır:

“Sülh prosesinin necə görünə biləcəyini indi ətraflı müzakirə etməyə dəyməz”.

Share on Facebook