Rusların bu istiqamətdə əməliyyatları uğursuz oldu

Rus ordusu Svatovo-Kremennoy istiqamətində məhdud hücumlar həyata keçirib.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Bu hücumların hamısı uğursuz olub. Bundan başqa, Ukrayna ordusu rusların arxa cəbhəsinə də zərbələr endirir. Rus mənbələri də təsdiq edir ki, aprelin 29-da Ukrayna ordusu Alçevskdən 9 km qərbdə yerləşən Bryankanı HİMARS-larla vurub”, - məlumatda qeyd olunub.

Share on Facebook