Rusiyaya növbəti hücum: döyüş gedir

Ukrayna diversantları tankların da köməkliyi ilə Belqorod vilayətinin Şebekino şəhərindəki sərhəd-keçid məntəqəsinə hücum ediblər. Döyüşlər davam edir.

Sozcu.az xəbər verir ki, bununla bağlı Rusiyanın Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, gecə boyunca da şəhər güclü atəş altında olub, mərmilərdən biri vilayətin daxili işlər idarəsinin binasına düşüb. Bəzi sakinlər isə şəhəri tərk etməyə hazırlaşırlar.

Vilayətin qubernatoru Vyaçeslav Qladkov Şebekino şəhərinin mərkəzinin və ətrafının “Qrad”dan atəşə tutulduğunu bildirib, nəticədə 5 mülki vətəndaş xəsarət alıb.

Share on Facebook