Rusiyanın itkiləri 320 minə yaxınlaşır

Ukrayna müharibənin 636-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 319 820 hərbçi, 5439 ədəd tank, 10174 ədəd zirehli döyüş maşını, 7752 ədəd artilleriya sistemi, 899 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 588 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 134 ədəd avtomobil texnikası, 5771 ədəd PUA, 1564 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1098 xüsusi avadanlıq itirib.

Share on Facebook