Rusiyanın itkiləri 318 mini ÖTDÜ

Ukrayna müharibənin 634-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 318 570 hərbçi, 5435 ədəd tank, 10166 ədəd zirehli döyüş maşını, 7744 ədəd artilleriya sistemi, 898 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 588 hava hücumundan müdafiə sistemi, 323 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 10 120 ədəd avtomobil texnikası, 5755 ədəd PUA, 1563 qanadlı raket, 22 gəmi/kater, 1 sualtı qayıq, 1096 xüsusi avadanlıq itirib.

Share on Facebook