Rusiyanın itkiləri 310 minə yaxınlaşır

Ukrayna müharibənin 625-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 309 520 hərbçi, 5317 ədəd tank, 10017 ədəd zirehli döyüş maşını, 7489 ədəd artilleriya sistemi, 877 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 578 hava hücumundan müdafiə sistemi, 322 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9876 ədəd avtomobil texnikası, 5595 ədəd PUA, 1558 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1060 xüsusi avadanlıq itirib.

Share on Facebook