Rusiyanın itkiləri 300 MİNƏ yaxınlaşır

Ukrayna müharibənin 613-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 299 080 hərbçi, 5175 ədəd tank, 9758 ədəd zirehli döyüş maşını, 7188 ədəd artilleriya sistemi, 834 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 558 hava hücumundan müdafiə sistemi, 320 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9532 ədəd avtomobil texnikası, 5399 ədəd PUA, 1544 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1012 xüsusi avadanlıq itirib.

Share on Facebook