Rusiyanın itkiləri 282 mini ötdü

Ukrayna müharibənin 592-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 282 280 hərbçi, 4821 ədəd tank, 9123 ədəd zirehli döyüş maşını, 6705 ədəd artilleriya sistemi, 808 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 542 hava hücumundan müdafiə sistemi, 316 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 9111 ədəd avtomobil texnikası, 5190 ədəd PUA, 1530 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 959 xüsusi avadanlıq itirib.

Share on Facebook