Rusiyanın itkiləri 262 minə yaxınlaşır

Ukrayna müharibənin 551-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 261 310 hərbçi, 4400 ədəd tank, 8562 ədəd zirehli döyüş maşını, 5425 ədəd artilleriya sistemi, 730 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 499 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7866 ədəd avtomobil texnikası, 4383 ədəd PUA, 1415 qanadlı raket, 18 gəmi/qayıq, 809 xüsusi avadanlıq itirib.

Share on Facebook