Rusiyanın itkiləri 227 mini keçdi

Ukrayna müharibənin 490-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 227 100 hərbçi, 4036 ədəd tank, 7847 ədəd zirehli döyüş maşını, 4089 ədəd artilleriya sistemi, 627 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 387 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 308 ədəd helikopter, 6774 ədəd avtomobil texnikası, 3499 ədəd PUA, 1261 qanadlı raket, 18 gəmi/qayıq, 563 xüsusi avadanlıq itirib.

Share on Facebook