Rusiyanın itkiləri 225 minə yaxınlaşır

Ukrayna müharibənin 487-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 224 630 hərbçi, 4030 ədəd tank, 7806 ədəd zirehli döyüş maşını, 4034 ədəd artilleriya sistemi, 624 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 385 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 308 ədəd helikopter, 6735 ədəd avtomobil texnikası, 3472 ədəd PUA, 1259 qanadlı raket, 18 gəmi/qayıq, 552 xüsusi avadanlıq itirib.

Share on Facebook