Rusiyanın Tümen vilayətinin Surqut şəhərində yerləşən "SİA-PRESS" xəbər agentliyinin binasının fasadındakı elektron lövhədə Putinə ədəbsiz müraciət olan hərəkətli yazı xətti peyda olub.
Sozcu.az "UNİAN"xəbər verir ki, müvafiq video sosial şəbəkələrdə yerləşdirilib. Müraciət müəllifləri Rusiya rublunun bir dollar üçün 100 vahidə düşməsindən hiddətlənib. “100 rubldan dollara? Putin "tı ...yel, tı ..ylo i vor"!"("Putin sən......... oğrusan?")
"SİA-PRESS" xəbər agentliyi dərhal bunun təxribat olduğunu bildirib. “Vəziyyət bizim üçün xoşagəlməz, gözlənilməz və hiddətləndiricidir, orada yerləşdirilən təxribat xarakterli mesajlar dərhal silinib”, - deyə agentlik rəhbərliyi yazıb.
Bina sahiblərinin dediyinə görə, Rusiya liderinə söyüşlü müraciət xüsusi olaraq yay festivalı günü, onun yanından çoxlu sayda insanın keçdiyi vaxt yayılıb.
Rusiyada rublun çöküşü haqda son xəbərlər...
Xatırladılır ki, Rusiya rublu inkişaf etməkdə olan bazarlar arasında ən pis valyutalar üçlüyündə нук фджи. Ötən gün o, üçrəqəmli həddi keçib.
Eyni zamanda, Rusiya hökumətinin başçısı Mixail Mişustin həyasızcasına deyir ki, onların iqtisadiyyatı guya uyğunlaşıb və “kifayət qədər sabit artım nümayiş etdirir”.
Rusiyalı təbliğatçı Vladimir Solovyov canlı yayımda gileylənib ki, artıq xaricdə Rusiyaya gülürlər.