Rusiyanın atdığı 10 “Xəncər”in 10-u da vuruldu - Təcili

Rusiyanın atdığı 10 “Xəncər” raketinin 10-u da “Patriot” hava hücumundan müdafiə sisteminin köməyi ilə məhv edilib. Bu, rekorddur.

Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı deyib.

O əlavə edib ki, raketlər hədəfi vursa, bunun ölkə üçün nəticələri fəlakətli olacaq.

Zalujnı təhvil verilmiş hava hücumundan müdafiə sistemlərinə görə tərəfdaşlarına təşəkkür edib və əlavə silahların ötürülməsinə çağırıb.

Qeyd edək ki, yanvarın 2-də ruslar Ukrayna ərazisinə 35 PUA, müxtəlif, o cümlədən 10 ədəd X-47M2 “Xəncər” aeroballistik raketi və s. ilə kütləvi hücum həyata keçirib. Nəticədə 4 nəfər ölüb, 100-dən çox yaralı var.

Share on Facebook