Rusiyanın 8324 ədəd zirehli döyüş maşını məhv edlib

Ukrayna müharibənin 535-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 253 290 hərbçi, 4295 ədəd tank, 8324 ədəd zirehli döyüş maşını, 5053 ədəd artilleriya sistemi, 713 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 472 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 313 ədəd helikopter, 7523 ədəd avtomobil texnikası, 4201 ədəd PUA, 1378 qanadlı raket, 18 gəmi/qayıq, 759 xüsusi avadanlıq itirib.

Share on Facebook