Rusiyalı general qəfildən yoxa çıxdı

Rusiyanın 58-ci ordusunun komandiri vəzifəsindən uzaqlaşdırılan rus general İvan Popovun arvadı ərinin qəfil yoxa çıxdığını bildirib.

Sozcu.az xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.

“Popov rəhbərlik tərəfindən çağırılıb və problemlərini həll etmək üçün harasa gedib. Bundan sonra onunla əlaqə itib”, - məlumatda deyilir.

Daha əvvəl dərc edilmiş generalın əsgərlərə müraciəti ilə bağlı səs yazısına gəlincə, Popovun arvadı qeyd edib ki, səs geniş auditoriya üçün nəzərdə tutulmayıb:

“Sadəcə onu vəzifəsinə qaytarmaq üçün tərəfdaşları dəstək kimi dərc ediblər”.

Share on Facebook