Rusiyadan haylara gələn yardım Xankəndinə çatdı...-FOTOLAR- Biz niyə sevinirik ki?..

"Qəribədir, hansı səbəbdən?.. Əvvəla, öz yardımımız on gündən çoxdur yolda qaldığı bir halda yad bir ölkənin bizim torpağımızdakı haylara yardım çatdırmasının  bizə nə faydası?.."

Bir qədər əvvəl xəbər verildiyi kimi, Rusiya Qızıl Xaç Cəmiyyətinin müvafiq işçi heyəti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının blok postunu keçib. Və Rusiyanın Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi humanitar yardım maşını Xankəndi istiqamətində hərəkətə başlayıb.

447fba3c0afc1e849baa93e9461b2a77.png

Moderator.az xəbər verir ki, Tert.am  Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Xankəndinə çatması haqda məlumat yayıb.

Sosial şəbəkələri erməni seqmentində yayılan foto-kadrlardan da görünür ki, Rusiyadan gələn yardım maşını artıq Xankəndindədir...

Əsgəran qəsəbəsinin qondarma "mer"i Hayk Şamiryan erməni mediasına bildirib ki, "“tank” abidəsi yaxınlığında toplaşan narahat vətəndaşlar əvvəlcə etiraz ediblər, maşını buraxmayıblar, ancaq sonra razılığa gəliblər"...

P.S. Azərbaycanda bir çoxları Rusiya yardım maşınının Bərdədən, Ağdamdan, Əsgərandan keçib Xankəndinə getməsinə sevinir. Qəribədir, hansı səbəbdən?.. Əvvəla, öz yardımımız on gündən çoxdur yolda qaldığı bir halda yad bir ölkənin bizim torpağımızdakı haylara yardım çatdırmasının  bizə nə faydası? İkincisi də, əgər söhbət Ağdam-Əsgəran-Xankəndi yolunun açılmasından(!) gedirsə, Rusiya hələ 2020-ci ilin noyabrından "sülhməramlı" kimi torpağımıza soxulmasından sonrakı ilk günlərdən öz hərbi və s. yüklərini Dağıstandan keçirməklə Bərdə-Ağdam-Xankəndi yolu ilə Xankəndinə çatdırır... "Sülhməramlı" hərbçilər də elə həmin vaxtlardan Qarabağdakı haylara hər cür humanitar yardım göstərirlər.. 

Share on Facebook