Rusiya tərəfi Vaşinqtonun Bakı və Xankəndi arasında dialoqda vasitəçilik xidmətlərini, o cümlədən güc tətbiqi hədələri ilə tətbiq etməyə çalışması barədə məlumatlardan narahatdır.
Sozcu.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya XİN-dəki mənbə məlumat yayıb.
Bir müddət əvvəl Vaşinqtondakı diplomatik mənbə RİA Novosti-yə bildirmişdi ki, “Vaşinqton ultimatum formasında Dağlıq Qarabağ nümayəndələrini üçüncü ölkədə Azərbaycan nümayəndələri ilə görüşməyə məcbur edir və bundan imtina etdiyi təqdirdə Azərbaycanın terror əməliyyatı adıyla əks-hücum keçirəcəyi ilə hədələyir.
Agentliyin həmsöhbətinin sözlərinə görə, “Amerikanın sülhməramlı təşəbbüsü Dağlıq Qarabağın xarici işlər naziri, Azərbaycanın maraqları ilə tam üst-üstə düşən Sergey Qazaryan tərəfindən lobbiçilik edilir”.
Rusiya XİN-in bu bəyanatının konkret hansı məlumatlara əsaslandığı bəlli deyil. Güman ki AZərbaycan XİN bu sərsəm iddianı cavabsız qoymayacaq.