Hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hesab edir ki, “bölgədə Rusiya “sülhməramlı”larına artıq heç bir ehtiyac yoxdur”.
Sozcu.az xəbər verir ki, ekspert bu haqda “Kavkazskiy uzel” nəşrinə açıqlamasında bildirib.
"Rusiya hərbçiləri indi özlərinə guya ehtiyac olduğunu nümayiş etdirmək üçün hansısa fəaliyyəti imitasiya edirlər. Amma onlara praktiki olaraq ehtiyac yoxdur. Əgər onlar silah-sursatı qoruyurlarsa, bunu Azərbaycan ordusu özü edə bilər. Yolları qorumağa isə ehtiyac yoxdur. Ümumiyyətlə, sual olunur ki, onlar kommunikasiyaları, yolları kimdən qoruyurlar? Aydındır ki, siyasi qərar ərəfəsində onlar özləri-özlərinə hansısa vəzifələr düşünürlər”, - deyə Üzeyir Cəfərov vurğulayıb.