Rusiya Silahlı Qüvvələrinin polkovniki Denis Buyanov Ukraynada davam edən müharibədə məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrindən bildirilib.
Qeyd olunub ki, həmçinin qarşı tərəfin daha bir yüksək rütbəli zabiti, baş leytenant Nikita Sosnovski həlak olub.
Bundan başqa, qondarma Donetsk Respublikasının 110-cu mühafizəçilər motoatıcı briqadasının “Fırtına” bölməsinin komandiri Sergey Arqunov da zərərsizləşdirilib.
Qeyd edək ki, Rusiyanın Ukraynadakı şəxsi heyət itkisi 216 mini keçib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.