Rusiya sərhədləri yaxınlığında yeni nüvə dövləti - ŞOK TƏKLİF

Yaponiya qonşu ölkələri çəkindirmək üçün öz nüvə silahını inkişaf etdirməlidir.

Sozcu.az xəbər verir ki, bu barədə “The New York Times”ın keçmiş redaktoru Barri Geven “The National Interest” jurnalında dərc olunan məqaləsində bildirib.

"Yaponiyanın qlobal sülh hərəkatında lider kimi mövqeyi əlçatmazdır. Yaponiya nüvə silahı hazırlamalıdır", - deyə jurnalist bildirib.

Onun sözlərinə görə, ABŞ-ın təcridçilik ənənələrinə qayıtması səbəbindən Tokio Amerikanın “nüvə çətirini” dəyişdirmək barədə düşünməlidir. Jurnalist qeyd edib ki, Vaşinqton müttəfiqlərini qorumaq üçün şəhərlərini təhlükəyə atmağa razı olmayacaq.

Köşə yazarı əlavə edib ki, Yaponiya öz nüvə imkanlarından Rusiya, Şimali Koreya və Çini çəkindirmək üçün istifadə edə bilər.

Share on Facebook