Rusiya səfiri “sülhməramlı”ların olduğu Qarabağdan hayların köçünü “faciə” adlandırdı...

“Belə yerdə “Dovşana qaç, tazıya tut deyir” məsəli yerinə düşür...”

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti  Qarabağın dağlıq hissəsindən olan məcburi köçkünlərin ehtiyaclarını qiymətləndirmək, “Sünik” (Zəngəzur) qubernatoru Robert Qukasyan və yerli hakimiyyət orqanlarının digər nümayəndələri ilə təhlükəsizlik, sosial məsuliyyətli biznes, konsulluğun açılması və bir sıra digərləri də daxil olmaqla regionun bir sıra məsələlərin müzakirə etmək üçün “Sünik” vilayətinə səfər edib. 

Moderator.az xəbər verir ki, “Aysor” nəşrinin yaydığı məlumata görə, Sergey Kopırkin erməni jurnalistlərə müsahibəsində səfərin nəticələrindən danışıb və prioritet vəzifələrlə bağlı sualları cavablandırıb.

“Rusiya Ermənistana həm dövlət, həm də bir sıra ictimai təşkilatlar vasitəsilə əhəmiyyətli yardım paketi hazırlayır”-deyən  səfir qeyd edib ki, görüş zamanı tərəflər “Dağlıq Qarabağın erməni əhalisinin başına gələn faciə” fonunda “Sünik” bölgəsinin problemlərini müzakirə ediblər. Yerli hakimiyyət orqanları “məcburi” köçkünlərin problemlərinin həllinə diqqət yetirir. Rusiyalı diplomatın sözlərinə görə, yerli rəhbərlik nəhəng və səmərəli iş görür.

“Rusiya üçün indi Ermənistanda və Sünik bölgəsində baş verənlər çox önəmlidir, Ermənistan və erməni xalqı, o cümlədən Dağlıq Qarabağ erməniləri bizim üçün önəmlidir, onlar yad deyillər. Biz çox sıx bağlıyıq. Biz bu insanların yaşadığı durumu və ağrıları özümüzünkü kimi qəbul edirik. Kim nə deyirsə desin, Rusiya bütün bunlara laqeyd deyil. O, öz əməlləri ilə göstərdi, göstərir və göstərəcək ki, bu, çox mühüm ölkə və xalqdır və onunla əsrlər boyu əlaqələr qurduğu və gələcəkdə də qurmaq niyyətindədir”, - deyə Kreml emissarı vurğulayıb.

Kopırkin əmin edib ki, Rusiya Federasiyasının rəhbərliyi “Sünik” bölgəsinin problemlərinə böyük diqqət yetirir və ilk növbədə humanitar xarakterli məsələlərə diqqət yetirərək, onların həllinə kömək etməyə hazırdır. Bu baxımdan diplomat “Rossotrudniçestvo”-nun  Qarabağdan köçkmüş ermənilərin prioritet ehtiyaclarına cavabını müsbət qiymətləndirib.

P.S. Belə yerdə “Dovşana qaç, tazıya tut deyir” məsəli yerinə düşür...

Share on Facebook