Rusiya öz vətəndaşlarını Krımdan təxliyə etməyə başladı...

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının 371-ci günü başladı...

Rusiya müvəqqəti işğal olunmuş Krımdan müəyyən kateqoriya vətəndaşları təxliyə edirlər. Son zamanlar Perevalnoyedə yerləşən Rusiya işğalçı qüvvələrinin hərbçiləri ailələrini Rusiya Federasiyasına göndərirlər.

Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti martın 1-də səhər saatlarında məlumat yayıb.

Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Şaxtyorski istiqamətlərində son sutka ərzində ukraynalı müdafiəçilər düşmənin 85-dən çox hücumunu dəf ediblər.

Ötən sutka ərzində Rusiya işğalçıları "Şahed-136" PUA-dan istifadə etməklə 2 raket və 12 hava zərbəsi endirib. Həmçinin, düşmən çoxsaylı yaylım atəşli raket sistemlərindən 68 hücum həyata keçirib. Mülki əhali arasında yaralananlar var.`

Share on Facebook