"Rusiya həm İsraildə, həm Suriyada, həm də Ukraynada terrorçu qruplaşmalara dəstək verir..."

"İsraildə və Ukraynada baş verənlər dünyada düşünüldüyündən çox böyük təhlükədir və yeni dünya savaşına rəvac verə bilər..."

"Rusiya həm İsraildə, həm Suriyada, həm də Ukraynada terrorçu qruplaşmalara dəstək verir..."

"Rusiya Yaxın Şərqdə müharibənin qızışdırılmasında maraqlıdır..."

Ukrayna prezidenti Vladimir Zelenski əmin edib ki, Rusiya "bu və ya digər dərəcədə" HƏMAS-ın İsraildə apardığı əməliyyatları dəstəkləyir.

Sozcu.az xəbər verir ki, Zelenski Moskvanın Fələstin terrorçularına yardımı haqqında Fransanın "France 2" telekanalına müsahibəsində bəyan edib.

"Bizim xüsusi xidmət orqanları üçün bu, aydındır. Bizdə olan sübutlar bizə Rusiyanın müəyyən terrorçu əməliyyatların aparılmasına kömək etdiyini güman etməyə əsas verir", - Ukrayna prezidenti uzah edib.

Onun sözlərinə görə, Rusiyanın terrorçu qruplaşmalara dəstək verməsi ilk dəfə deyil, bunu o, həm İsraildə, həm Suriyada, həm də Ukraynada edib.

Rusiyanın HƏMAS-a ilk kömək edənlərdən biri olduğu barədə Zelenski oktyabrın 10-da Rumıniyanın paytaxtı Buxarestə səfəri zamanı bəyan edib.

"HƏMAS-ın arxasında kim dayanır? Düşünürəm ki, cavab kifayət qədər sadədir, bunu edən onu dəstəkləyəndir. Biz görürük ki, bu dəstək açıq-aşkardır, silahla dəstəkdir. Bu ki, bir gündə deyil, uzun müddətdir baş verir", - Ukrayna prezidenti Rumıniya lideri Klaus Yohannislə birgə mətbuat konfransında qeyd edib.

Zelenski qeyd edib ki, Ukrayna kimi Rumıniya da İsrailə terrorçu hücumu prinsipial olaraq pisləyir.

"Bu, çox vacib və lazımlıdır ki, bütün dünya məhz belə prinsipial

münasibət bildirsin, terroru və terrorçu hücumlara kömək edənləri və kömək edə bilənləri pisləsin. 

Yaxın Şərqdə zorakılığın yayılmasına, Rusiya və ya kimsəyə qarşıdurmanı qızışdırmağa yol vermək olmaz, regionda aparılan və, nəhayət, çoxdan gözlənilən sakitlik gətirəcək və terror təhlükəsindən qoruyacaq bütün fəaliyyətin nəticələrini qoruyub saxlamaq lazımdır", - Zelenski vurğulayıb.

Xatırladaq ki, Zelenski dünən axşam videomüraciətində deyib ki, Ukrayna kəşfiyyatı və diplomatları ilə İsraildə və onun ətrafında, habelə bütövlükdə Yaxın Şərqdə vəziyyətlə bağlı müşavirə keçirib.

O, qeyd edib ki, "əldə olan çox dəqiq məlumata görə, Rusiya Yaxın Şərqdə müharibənin qızışdırılmasında maraqlıdır".

"Məqsəd yeni ağrı və əzab mənbəyinin dünyada birliyi zəiflətməsi, parçalanma və ziddiyyətlərin artırılması, bununla da Avropada azadlığın məhv edilməsinə kömək etməkdir.

Biz rusiyalı təbliğatçıların bu hadisələrə necə sevindiyini görürük. Biz Moskvanın İran dostlarının tamamilə açıq şəkildə İsrailə hücum edənlərə çiyinlərini irəliyə verdiyini görürük", - Ukrayna prezidenti qeyd edib.

O, vurğulayıb ki, İsraildə və Ukraynada baş verənlər dünyada düşünüldüyündən də çox böyük təhlükədir. Axı, keçmişdə dünya savaşları məhz lokal təcavüzlərdən qızışaraq törədilib.

Share on Facebook