Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır...-KİV

“Gümrüdəki mənbələrimiz bildirir ki, son həftələr Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasına çoxlu sayda hərbi texnika və sursat gətirilib".

Sozcu.az xəbər verir ki, bunu "Hraparak” qəzeti yazır.

"Hər gün yüklə dolu bir neçə yük təyyarəsi enir. Bu əlavə silah-sursat daşınmasının məqsədinə gəlincə, Gümrüdə  bu haqda yalnız fərziyyələr dolaşır", -deyə davamında bildirən erməni nəşri Rusiya bazası ətrafında baş verənlərlə bağlı bir neçə versiya sadalayır:

"Biri odur ki, Rusiya hakimiyyətinin Ermənistanı buraxmaq məsələsi ilə bağlı soyuqqanlı davranışı sadəcə görüntüdür, əslində, reallıqda ruslar müxtəlif hadisələrin baş verməsi ehtimalı qarşısında “sığortalanırlar".

Üstəlik, bizə dedilər ki, Ermənistan hakimiyyətinin bundan xəbərsiz olması demək olar ki, mümkün deyil.

Sadəcə olaraq, "kosmik" suverenliyə malik Ermənistan Respublikası hökumətinin bu haqda danışmağa cəsarəti çatmır", -deyə Ermənistan qəzeti vurğulayır.

Share on Facebook