Rusiyanın Bryansk vilayətinin Trubçevsk şəhərindəki polis şöbəsinin yerləşdiyi binaya dron zərbə endirib.
Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 6 pəncərə yerindən çıxıb, binanın damı zədələnib.
Yaxınlıqdan keçən avtomobil yolu qapadılıb.