Krım körpüsü yaxınlığında baş verən partlayışlar göstərir ki, Rusiya müvəqqəti işğal olunmuş ərazilərə tam nəzarət etmək iqtidarında deyil. Sonda bu iyrənc obyekt tamamilə məhv olacaq.
Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı politoloq Nikolay Davidyuk bildirib.
O vurğulayıb ki, Rusiyada polis artıq pilotsuz təyyarələrə qarşı silahlarla gəzir.
“Bu onu göstərir ki, onların hətta öz torpaqlarında da hərc-mərclik hökm sürür”.
Davidyuk qeyd edib ki, gec-tez Krım körpüsü tamamilə dağılacaq. Ukrayna ordusu tədricən bu məqsədə doğru irəliləyir.