Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində uğurları səbəbindən cənubda mövqelərini zəiflədə bilər.
Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Petr Çernik deyib.
Çernik qeyd edib ki, Rusiya üçün cənubda qalmaqdansa, Ukraynanın şərqinə nəzarəti saxlamaq daha vacibdir:
"Strateji mənada rus işğalçı qoşunları cənubu tərk etməyə hazırdır. Əks halda, Perekopda xətti tutmağa hazırlaşmazdılar".
Çernik hesab edir ki, cənubu itirmək, lakin şərqi saxlamaq ruslar üçün Baxmut və Donbasın digər şəhərlərini itirməkdən qat-qat kiçik məğlubiyyət olacaq.