Rusiya inkişaf etməkdə olan ölkələri asılı vəziyyətə salmaq üçün onlara ucuz taxıl təklif edir.
Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Dünya tədarükün kəsilməsi və qiymət artımı ilə məşğul olduğu bir vaxtda Rusiya aşağı qiymətlərlə taxıl tədarükü üçün ikitərəfli təkliflərlə həssas ölkələrə müraciət edir”, - Borrell bildirib.
Onun sözlərinə görə, AB sanksiyaların üçüncü ölkələrin ərzaq təhlükəsizliyinə təsir etməməsi üçün hər cür səy göstərib:
“Rusiyanın üçüncü ölkələrə ərzaq məhsulları və gübrə ixracına qarşı heç bir sanksiya yoxdur”.