Rusiya ordusu Zaporojye vilayətinin Rabotino kəndindəki mövqelərini tərk edib.
Sozcu.az xəbər verir ki, bunu Rusiya tərəfindən Zaporojye vilayətinin qubernatoru vəzifəsini icra edən Yevgeni Balitski deyib.
Onun sözlərinə görə, kəndi saxlamaq mümkün olmadığı üçün ruslar oranı tərk edib:
“Rus ordusu taktiki olaraq Rabotinonu tərk etdi, çünki tamamilə mövqe tutmaq imkanı olmayanda qalmaq uyğun görünmür. Buna görə də rus ordusu təpələrə çəkildi”.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi Rabotino kəndinin azad olunduğunu hələ avqustun 28-də açıqlamışdı.