Rusiya Avdeyevkada ciddi itkilər verib və bu, çox güman ki, uzunmüddətli perspektivdə onun hücum imkanlarını sarsıdacaq.
Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb.
Məlumatda bildirilib ki, peyk görüntüləri Rusiya hərbçilərinin oktyabrın 10-dan 20-dək Avdeyevka bölgəsində ən azı 109 hərbi texnika, çoxsaylı zirehli döyüş maşını və tank itirdiyini təsdiqləyir. Ukraynanın Tavriya qüvvələrinin spikeri isə Rusiyanın bu müddətdə 5 min itkisi və yaralısı olduğunu açıqlayıb.
Rusiya komandanlığı canlı qüvvədə ciddi itkiləri kompensasiya etmək və rus qoşunlarının hücumu davam etdirmək qabiliyyətini qorumaq üçün Avdeyevka cəbhəsinə əlavə qüvvələr köçürüb:
“Amma Rusiya zirehli texnikasının itkisini kompensasiya etmək çətin olacaq”.