Rusiya kəşfiyyat və atəşə nəzarət üçün istifadə olunan ən azı 6 radar sistemini (RLS) itirib.
Sozcu.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının bugünkü hesabatında qeyd olunub.
Məlumata görə, martın 23-də Ukrayna hərbçiləri Donetsk vilayətində Rusiyanın anti-batareya radarının məhv edilməsinin görüntülərini yayıb.
Hesabatda vurğulanıb ki, hər iki tərəfdə belə sistemlərin sayı nisbətən azdır, lakin radarlar düşmən artilleriyasını tez aşkar etməyə və vurmağa imkan verir. Bununla belə, onların aktiv elektromaqnit detalları olduğundan asan aşkar edilir və zərərsizləşdirilir.
Bildirilib ki, anti-batareya radar donanmasının yenidən qurulması çox güman ki, hər iki tərəf üçün əsas prioritetdir, lakin Rusiya radar üçün lazım olan yüksək texnoloji elektronikanın tədarükü sanksiyalarla dayandırıldığı üçün bu işə daha çox səy göstərməli ola bilər.