"Rus generalları Putinə qarşı üsyan edəcək, ordu Kremlin üzərinə gedəcək..."

"Bu qiyama rəhbərlik üçün Kolçak, Vrangel, Denikin kimi adam tapılarsa, çoxlu qan töküləcək..."

"Rusiyada Putin hakimiyyəti yoxdur, yalnız generalların hakimiyyəti mövcuddur..."

Psixoloq Putinə qarşı üsyana kimin başçılıq edə biləcəyini dəyərləndirib. Ekspertin sözlərinə görə, əgər Rusiya ordusunun aşağı "təbəqələrində" qiyam baş verərsə, o zaman Putin tamamilə amansız və zalım olacaq.

Sozcu.az xəbər verir ki, bu barədə psixologiya elmləri namızədi Dmitri Popov bəyan edib.

Rusiya diktatoru Vladimir Putinə qarşı üsyan tamamilə realdır, bunu həm generallar, həm də Rusiya ordusunun nisbətən aşağı təbəqələri təşkil edə bilər.

"Düşünürəm ki, bu, hərbçilər arasında hansıda "qara qu quşu" ola bilər. Düzünü desəm, mən generallardan birini görürəm.

Mənı elə gəlirdi ki, bu rola general Popov uyğun gələrdi. Bu, ağ qvardiyaçı deyil, məhz Rusiya zabitidir, proqnozlaşdırılandır, öz anlayışları var, Ukrayna barəsində qaniçəndir, Ukraynanı süpürüb atmağa və məhv etməyə hazırdır.

Buna baxmayaraq, bu adam orduda nüfuza malik olub. O, vəzifədən kənarlaşdırılanda, mən nəyinsə baş verəcəyinin mümkünlüyünü gözləyirdim", - o, deyib.

Lakin general Popov "yoxa çıxıb, onun harada olması və nə düşündüyü bəlli deyil". Onun fikrincə, gec-tez Rusiyada belə qiyama başçılıq edən adam tapılacaq.

"Düşünürəm ki, gec-tez general poqonlu, orduda hörməti olan hər hansı İvanov-Petrov-Sidorov tapılacaq, o da diviziyadan az olmayan birləşməsini Kreml yerləşən tərəfə yönəldəcək. Mən buna inanıram.

Siyasilərin nöqteyi-nəzərincə, hətta elə həmin FTX-çılar, həmin Patruşev də olmayacaq, hazırda bütün bu sistemə FTX rəhbəri deyil, Patruşev rəhbərlik edir...Mən heç kimi görmürəm. Priqojin də bu sistemə meydan oxuya biləcək adam deyil", - o, əlavə edib.

Rusiyanın aşağı "təbəqələrində" qiyam baş verərsə, ekspertin fikrincə, Putin tamamilə amansız və zalım olacaq. Lakin ona rəhbərlik etmək üçün general və ya bu kütlə və texnikanı idarə etmək üçün polkovnik səviyyəsində baş zabit tələb ediləcək.

"Texnikasız şineldə və avtomatları olan bu piyada kütləsinin uzağa gedə bilməyəcəyi dəqiqdir. Bu qiyama rəhbərlik etmək üçün Vrangel, Kolçak və bu kimi fiqurlar gərəkdir. 

Mən əsgər qiyamını görmürəm. Əsgər qiyamı o zaman baş verə bilərdi ki, bolşevizm kimi ideologiya olsun və əhalinin aşağı təbəqələrini səfərbər edə bilsin.

Rusiyada nə din var, nə də ideologiya, ona görə də bütün bunlara rəhbərlik edəcək savadlı adam lazımdır. Biz isə beləsini görmürük. Amma hər hansı Kolçak, Vrangel, Denikin kimi adam tapılarsa, o zaman çoxlu qan töküləcək. Bu mənada Priqojinin yürüşü, sadəcə, avtoqaçış kimi görünəcək", - Popov deyib.

Rusiyanın taleyi-ekspertlərin fikirləri

Bu ilin iyun ayında "vaqnerçilər"in başçısı Priqojin Moskvaya elan etdiyi yürüş başa çatdıqdan sonra bir çox ekspertlər iddia edir ki, tarixçə bununla birməyib. Bu hadisələr zamanı Kreml və Putin öz zəifliyini göstərib.

Eyni zamanda, rusiyalı sosioloq və hüquq müdafiəçisi Vladimir Oseçkin hesab edir ki, Rusiyada Putin hakimiyyəti yoxdur. Onun sözlərinə görə, orada indi yalnız generalların hakimiyyəti var.

Share on Facebook