İsti yay günlərində əksər insanlar təmiz havadan çox kondisoner işləyən ortamlarda vaxt keçirdirlər. Bəs, uzun müddət kondisoner işləyən qapalı məkanlarda vaxt keçirtməyin insan sağlamlığına nə kimi ziyanları ola bilər? Həm istidən, həm də kondisonerin zərərindən qorunmağın başqa yolları varmı?
Mövzu ilə bağlı Rəşid Mahmudov Moderator.az-a danışdı:
“Kondisoner insan orqanizimi üçün çox zərərlidir. Sanki insanı soyuducuya qoyursan. Biri var havanı soyudasan, kondisioneri soyudub girəsən ora.
Bir otağı soyutduqdan sonra orada otura bilərsiniz. Amma soyuq havanın sizi vurması bədəni qurudur. Kondisioner istifadəsi qorxuludur. Həmin zərərlərdən biraz da olsa qorunmaq üçün onu düzgün işlətməyi bacarmaq lazımdır. Əks halda insanlarda bir çox problemlərin yaranmağına yol aça bilər. Həmin zərərlərdən də qorunmaq üçün kondisoneri qoşduğunuz otağda onu söndürdükdən sonra vaxt keçirtmək daha məqsədəuyğundur. Əks halda kondisoner bütün insan əzələlərini qıc edir və başqa-başqa problemlərə yol açır”.