Rayonlarda pensiyalar bu tarixdə veriləcək

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi avqust ayının 15-i tarixinə nəzərdə tutulub.

Bu barədə Sozcu.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Xatırladaq ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə avqust ayının pensiyaları bu həftə ödənilib.

Share on Facebook