“Ramşteyn” formatında təmas qrupunun görüşündə Ukraynanın pilot və texniki işçilərinin hazırlığı müzakirə edilə bilər.
Bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov məlumat verib.
Onun sözlərinə görə, Niderland, Danimarka, ABŞ və digər ölkələrin müdafiə nazirləri ilə substantiv dialoq aparılacaq.
Görüş çərçivəsində həmçinin Ukrayna səmasında “F-16 koalisiyası”nın yaradılmasının təfərrüatları müzakirə ediləcək.