Qusarda avtobus dərəyə aşdı: xəsarət alanların vəziyyəti… – YENİLƏNİB

Qusarda avtobus qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən Sozcu.az-a bildirilib ki, qəza nəticəsində xəsarət alan altı nəfər (bir kişi, beş qadın olmaqla) Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan birinin (qadın cinsli) vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri stabil olaraq qiymətləndirilir.

Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

“Qusar-Xurel marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun qəzaya uğraması ilə əlaqədar Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb olunub”, – TƏBİB-dən bildirilib.

***17:10

Qusarda avtoqəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Sozcu.az “Report”a istinadən bildirir ki, yaralılar Qusar rayon sakinləri – Liana Nəriman qızı Mikayılova, Lamunat Misənnif qızı Bədəlova, Milyanə Vəzirxan qızı Şıxzadayeva, Ruslan Əmiraslan oğlu Əmiraslanov, Aksana Mövlud qızı Beydiyeva və Aysel Mayis qızı Cavadovadır.

Xəsarət alanların hamısı təcili tibbi yardım briqadasınin köməkliyi ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***16:24

Qusar rayonunun Avaran kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az xəbər verir ki, Qusar-Xurel marşrutu üzrə hərəkətdə olan avtobus Avaran kəndi ərazisində yoldan çıxaraq dərəyə aşıb.

15 sərnişindən 6-sı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın güclü duman səbəbindən baş verdiyi ehtimal edilir.

Share on Facebook