Nərimanov rayon Məhkəməsinin bugünkü qərarına əsasən, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində secilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunib.
Sozcu.az xəbər verir ki, bu barədə Q.İbadoğlunun vəkili Bəhruz Bayramov bildirib.
Qeyd edək ki, Qubad İbadoğlu 9 ay əvvəl həbs edilib. Ona Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə yekun ittiham elan edilib.
Qubad İbadoğlunun məhkəmə prosesinin yaxın günlərdə başlanacağı gözlənilir.