Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou ilə görüşüb.
Sozcu.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, görüş Qriqoryanın Londona səfəri çərçivəsində baş tutub. Bu, səfər qrafikinin ilk hadisəsi olub.
Qeyd olunub ki, strateji dialoqa start verilib və Qriqoryanın vəzifəsi bunu mümkün qədər gücləndirməkdir.