Artıq 350 mindən çox fələstinli Qəzza şəhərindən təxliyə edilib.
Sozcu.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, son gecə bombardmanından sonra daha bir neçə min insan şəhəri tərk edib.
“İsrail ordusunun HƏMAS-a qarşı quru hücumu intensivləşdikcə, mülki əhalinin Qəzza şəhərindən çıxma sürəti artacaq”, - məlumatda qeyd olunub.
Nəşrin məlumatına görə, hücum üçün hazırlıqlar başlamazdan əvvəl Qəzza şəhərində təxminən bir milyon fələstinli yaşayırdı.