İsrailin bombardmanları nəticəsində 260 min nəfər Qəzza zolağındakı evlərini tərk etmək məcburiyyətində qalıb.
Sozcu.az xəbər verir ki, bu barədə BMT-dən məlumat verilib.
“Hesablamalara görə, 263 934 nəfər Qəzzada məcburi köçkündür. Onların sayının artacağı istisna olunmur”, - məlumatda qeyd olunub.
Jurnalistlərin Müdafiəsi Komitəsinin məlumatında qeyd olunub ki, HƏMAS-ın hücumlarından bəri Qəzza sektorunda 7 jurnalist öldürülüb.
Məlumata görə, daha 2 jurnalist yaralanıb, 2-si isə HƏMAS tərəfindən girov götürülüb.
Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb.
İsrail ordusu isə HƏMAS-ın Qəzzadakı mövqelərinə zərbələr endirir.