Qəzzada güclü fırtına nəticəsində İsrail hücumları zamanı zərər görmüş 22 bina uçub.
Sozcu.az xəbər verir ki, dağıntılar altında qalan 18 nəfər həyatını itirib.
Fələstin Mülki Müdafiə Xidmətinin açıqlamasına görə, əlverişsiz hava şəraiti 10 dekabrdan bu yana davam edir.
Qeyd edək ki, İsrail 7 oktyabr 2023-cü ildən etibarən Qəzzaya genişmiqyaslı hücumlara başlayıb. Bu hücumlar nəticəsində bölgədə minlərlə ev və mühüm infrastruktur obyektləri dağıdılıb.
