Qəzzada 100-ə yaxın jurnalist öldürülüb

2023-cü ilin oktyabrın 7-də HƏMAS terror qruplaşmasının İsrailə hücumu ilə başlayan müharibədə indiyədək 99 jurnalist (92-si fələstinli, 3-ü livanlı, 4-ü israilli) öldürülüb. 

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən Jurnalistləri Müdafiə Komitəsi qeyri-hökumət təşkilatı məlumat yayıb. 

100-dən çox ölkədəki jurnalist birlikləri və assosiasiyaları 26 Fevral - Beynəlxalq Fələstin Jurnalistləri Günündə "Qəzza zolağında öz peşələri üçün indiyədək qeydə alınmış ən təhlükəli müharibəni işıqlandırmağa çalışan" jurnalistlərlə həmrəylik nümayiş etdirərək, öldürülən həmkarlarını yad ediblər. 

Share on Facebook