Qarabağ Azərbaycanın ərazisidir və Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.
Sozcu.az xəbər verir ki, bunu Almaniya XİN rəhbəri Annalena Berbok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Qəzza və Qarabağ münaqişəsini qarışdırmamağı tövsiyyə edirik. İsrailin borcudur ki, əhalisini terrordan qorusun. Mən İsraildə olanda bunun şahidi olmuşam, səfər zamanı səfirliyin bunkerində qaldım" - nazir bildirib.