Qərb rayonlarında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi qərb rayonlarında (Sədərək, Daşkəsən, Gəncə) şimşək çaxıb, az yağış yağıb (0.0 mm).

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu aprelin 28-də Bakıda iqlim normasından 4.6° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26°, Sumqayıtda 30° isti, Naxçıvanda 24-30° isti, dağlıq rayonlarda 21°-dək isti, aran rayonlarında 26-30° isti olub.

Share on Facebook